• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Ər-Riyaddan Bakıya böyük jest: İrəvanla əlaqələrdən öncə...


Ər-Riyaddan Bakıya böyük jest: İrəvanla əlaqələrdən öncə...


Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı dost və qardaş ölkə olaraq bu barədə öncədən Azərbaycana məlumat verib.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Trend diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan Səudiyyə Ərabistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövgeyinə görə təşəkkür edib.

Belə ki, uzun illər Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələr qurmayıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. İndi isə reallıqlar dəyişib. Azərbaycan Ermənistanın işğalına son qoydu. Hələ 2020-ci ildə Livan vasitəsilə Ermənistan Səudiyyə Ərəbistanına yaxınlaşaraq diplomatik əlaqələr qurmaq istəyib. Amma o zaman qanunsuz erməni hərbi birləşmələri Qarabağda qalmaqda davam edirdi. Səudiyyə Ərəbistanı əlavə 3 il də gözlədi. Nəzərə almaq lazımdır ki, ABŞ və Fransa bu məqsədlə Səudiyyə Ərəbistanına müraciət ediblər.

Qeyd edək ki, Ermənistan və Ərəbistan səfirləri BƏƏ-də diplomatik münasibətlərin qurulması ilə bağlı protokol imzalayıblar.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →