• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Dünyanın ən yaşlı heyvanı yubileyini dostları və qubernatorla birgə “qeyd etdi” – VİDEO

Conatan adlı Seyşel adaları tısbağası dekabrın 3-də Müqəddəs Yelena adasında 190 yaşını qeyd edib.

O, yerli qubernatorun evində yaşayır.

Məlumata görə, Conatanın dəqiq doğum tarixi qeyd olunmayıb, lakin onun 1832-ci ildə anadan olduğu ehtimal edilir. 50 yaşında ikən tısbağa Seyşel adalarından Müqəddəs Yelenaya hədiyyə olaraq gətirilib.

Conatan tısbağalar arasında uzunömürlülük rekorduna sahibdir. Onun sələfi Ceyms Kuk tərəfindən təxminən 1777-ci ildə Tonqa kral ailəsinə təqdim edilib və təxminən 60 il əvvəl 188 yaşında vəfat edib.

Conatan digər tısbağalarla, qonşuları David, Emma və Fred ilə yaşayır. Tısbağa artıq görməsə də, baytarlar onun əla eşitmə qabiliyyətini və enerjisini qeyd edirlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →