• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Polşa “MiQ-29”-larını Ukraynaya verməyə hazırdır

Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.

“Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan “MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - Duda bildirib.

Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”-ları da tədarük etməli olacaq. “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”-dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir", - o əlavə edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →