• 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 
  • 21:45 – Ermənistanda seçici fəallığı açıqlandı 
  • 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:26 – Tramp Türkiyəyə gedəcək 

Finlandiya Rusiya ilə sərhəddə hasar inşa edir

Finlandiya ölkənin şərqində Rusiya ilə sərhəddə yerləşən İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometr uzunluğunda hasarın tikintisinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizə Xidməti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, sözügedən tikinti işləri meşəlik ərazilərin təmizlənməsi ilə həyata keçirilir. “İmatra keçid məntəqəsinin hər iki tərəfində üç kilometrlik hasarın çəkilişinə başlanılıb. Mart ayı boyu hasarın quraşdırılmasına başlanacaq. Daha sonra texniki nəzarət işləri aparılacaq. Pilot layihənin iyunun sonunda başa çatdırılması gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →