Polşanın göndərdiyi “Leopard-2” tankları Ukraynaya çatıb
Polşa vəd etdiyi 14 ədəd “Leopard-2” tanklarının ilk partiyasını Ukraynaya göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak respublikanın Milli Təhlükəsizlik Şurasının açılışında çıxış edərkən deyib.
Polşa Respublikasının Prezidenti Anjey Duda Baş nazir Mateuş Moravetskinin tankları Ukrayna tərəfinə təhvil vermək üçün Kiyevə getdiyini bildirib.
Almaniya hökuməti yanvarın 25-də Bundesverin ehtiyatlarından 14 ədəd “Leopard 2” tankının Ukraynaya göndəriləcəyini və digər ölkələrə də buna icazə veriləcəyini elan edib. Eyni zamanda Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransada analoji qərarlar qəbul olunub. ABŞ isə Kiyevə 30 ədəd “Abrams” tankı göndərməyi qərara alıb. Kiyevin ilk mərhələdə 12 ölkədən 140 tank alması gözlənilir.
Reytinq: