• 20:34 – DünyaAvropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi TANIDI29 Yanvar 2026 20:00 
  • 20:28 – Səhnə, işıqlar, geyimlər - Xalq artisti Tünzalə Ağayevadan NÖVBƏTİ FOTOSESSİYA 
  • 20:26 – Yüksək vəzifəyə təyin edilən Feyzullayev kimdir? 
  • 23:53 – Qurbanov "Liverpul"la oyundan danışdı: Ən yaxşı oyun... 

Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib

Çinin Yaponiyadakı səfirliyi və konsulluğu bazar günündən etibarən yaponlara vizaların verilməsini bərpa edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.

"Bu gündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səyahət edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir", - Çin səfirliyindən bildirib.

Qeyd edək ki, yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat verib. Bu, Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi tələb etdikdən sonra baş verdi. Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində genişmiqyaslı koronavirus epidemiyasından sonra tətbiq edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →