• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

“Pumas” klubu tarixin ən titullu futbolçusu Alveslə müqaviləni ləğv edib

Braziliyalı müdafiəçi Dani Alves cinsi təcavüzdə təqsirli bilinərək saxlanıldığı üçün Meksikanın “Pumas” futbol klubu onunla müqaviləyə xitam verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın “Relevo” portalı klubun prezidenti Leopoldo Silvaya istinadən məlumat yayıb.

Silva mətbuat konfransında deyib: “Klub bu gündən etibarən üzrlü səbəbdən Alveslə müqaviləyə xitam vermək qərarına gəlib".

Qeyd edək ki, məhkəmə 2022-ci ilin dekabr ayının sonunda Alvesin Barselonada diskotekada bir qadına qarşı cinsi təcavüzü ilə bağlı araşdırmalara başlayıb. Dani Alves cümə günü saxlanılıb və məhkəmə qarşısında ifadə verib. Futbolçu bütün ittihamları rədd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →