• 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 
  • 21:45 – Ermənistanda seçici fəallığı açıqlandı 
  • 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:26 – Tramp Türkiyəyə gedəcək 

Serbiya Prezidenti Rusiyanın ölkəsindən qoşun toplamaq cəhdlərini dayandırmağını istəyib

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin ölkəsindən əsgər toplamaq cəhdlərini dayandırması barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, A.Vuçiç “Vaqner”in Serbiyadan əsgər cəlb etməyə çalışmasını şərh edərkən serblərin Ukraynada döyüşlərə çağırılmasının ədalətsizlik olduğunu bildirib.

“Serbiya Avropada Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə ölkədir. Rusiya “Vaqner”in Serbiyadan qoşun toplamaq cəhdlərini dayandırmalıdır. Belə yanaşma həm də Serbiya qanunlarına ziddir”, - deyə A.Vuçiç qeyd edib.

Qeyd edək ki, “Vaqner”in Ukraynada müharibəyə cəlb olunacaq döyüşçülər axtardığına dair elanının serb dilində dərc edildiyi və insanların buna təşviq olunduğu bildirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →