• 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:37 – Azərbaycan bu ölkədən "Aİ-92" markalı benzin tədarük etməyə başladı - Son 16 ildə ilk dəfə 
  • 18:31 – 1696-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:28 – Bizə raket verin ki, özümüzü müdafiə edə bilək - Zelenski 

Hər 9-10 aydan bir COVID əleyhinə peyvəndlərin antigenlərini yeniləməyə ehtiyac var

Hər 9-10 aydan bir COVID əleyhinə peyvəndlərin antigenlərini yeniləməyə ehtiyac var. Bu, virusun yüksək dəyişkənliyi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq “Rossiya-24” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, koronavirus daim dəyişir və immun müdafiədən yayınmağa qadirdir. “Bu virus çox dəyişir və buna görə də virusun tacını təşkil edən onun antigenik tərkibi də daim dəyişir. Təcrübə göstərir ki, hər 9-10 aydan bir əhalini qorumaq üçün istifadə edilən peyvəndin antigen tərkibini yeniləmək lazımdır”, - deyə o əlavə edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →