• 20:59 – ABŞ aviasiya bombası Almaniyada iki telekanalın fəaliyyətini pozdu 
  • 20:52 – Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır 
  • 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:39 – “Neftçi”yə yeni baş məşqçi təyin olundu 

Rusiya Qoşun Qruplaşmaları Birliyinin komandiri dəyişib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimovu Qoşun Qruplaşmaları Birliyinin komandiri təyin edib.

AZƏRTAC xəbər verir ki, V.Gerasimov bu vəzifədə Kosmik Hava Qüvvələrinin Baş komandanı Sergey Surovikini əvəz edib.

Qeyd edək ki, S.Surovikin Qoşun Qruplaşmaları Birliyinə ötən il oktyabrın 8-də təyin edilmişdi. Rusiya müdafiə nazirinin əmri ilə indi o, V.Gerasimovun müavini vəzifəsini icra edəcək.

Rusiya Müdafiə Nazirliyi yerdəyişmələri xüsusi hərbi əməliyyat çərçivəsində “həll olunmalı vəzifələrin miqyasının artması” ilə izah edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →