• 19:44 – Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın 
  • 19:32 – Torpağın Qoruyucusu, Xalqın Dayağı 
  • 19:27 – Bakı-Ələt-Astara magistral yolunda yanğın 
  • 18:44 – Fitso son anda Ukraynaya getmədi: Nə baş verib? 

Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın



Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın enerji, kritik infrastruktur və ərzaq ixracı obyektlərinə hücumları dayandıracağı təqdirdə Kiyevin deeskalasiya istiqamətində cavab addımları ata biləcəyini açıqlayıb.

XEBERTV.AZ  xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Kiyev müharibənin başa çatdırılmasının mümkün yollarını ABŞ Prezidenti Donald Trampla müzakirə edir.

“Ukrayna ilk gündən sülhə can atıb. Biz müharibənin ləyaqətlə başa çatdırılması, təhlükəsizliyə təminat verilməsi və Rusiyanın yeni müdaxilələrinin qarşısının alınması ilə bağlı artıq onlarla diplomatik təklif irəli sürmüşük. Hazırda Prezident Tramp və ABŞ ilə dialoq aparılır”, – Zelenski qeyd edib.

Ukrayna lideri sülh prosesini yaxınlaşdıra biləcək konkret təkliflərin olduğunu bildirib. Onun fikrincə, ilk mərhələdə deeskalasiyaya yönəlmiş qəti tədbirlər görülməlidir.

“Enerji sektoru, kritik infrastruktur və ərzaq ixracımız Rusiya üçün hədəf olmaqdan çıxmalıdır. Bu, bizim tərəfimizdən də deeskalasiya istiqamətində müvafiq addımların atılmasına səbəb olacaq”, – Zelenski vurğulayıb.

O, lazımi qərarların qəbul edilməsinin mümkün olduğunu və Ukraynanın bunun üzərində işləməyə hazır olduğunu bildirib. Zelenski məsələni Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində tərəfdaşları ilə müzakirə etməyə hazır olduğunu da qeyd edib.





publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →