• 20:20 – Paşinyandan Moskvaya Astana mesajı - Rusiyanın arxasınca “iş çevirməyəcək”, amma... 
  • 20:12 – DÇ-yə təyinat alan hakimlər açıqlandı - Siyahı 
  • 20:09 – Vaşinqtonla danışıqlar üçün o da Pakistana göndərilir 
  • 20:05 – Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək 

Netanyahunun BAŞI DƏRDDƏ - Cinayət işlərini bərpa edilir





Netanyahunun BAŞI DƏRDDƏ - Cinayət işlərini bərpa edilir



Aprelin 12-də, bazar günü, İsraildə ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı açılmış cinayət işləri üzrə məhkəmə iclasları yenidən bərpa olunacaq.

"Jerusalem Post" (JP) qəzetini  xəbər verir ki, bu, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanması ilə əlaqədar yaranmış fasilədən sonra baş tutacaq.

Nəşrin məlumatına görə, dinləmələr İran münaqişəsindən əvvəlki formatda keçiriləcək: bazar günləri Qüds məhkəməsində, bazar ertəsindən çərşənbəyə qədər isə Təl-Əviv dairə məhkəməsində.

2024-cü ilin dekabrında Təl-Əviv dairə məhkəməsində Netanyahuya qarşı köhnə işlər üzrə dinləmələr başlamışdı.

İsrailin Baş naziri ilə bağlı bir neçə cinayət işi araşdırılır. Siyasətçiyə qarşı ən ciddi ittihamlar İsrailin ən böyük telekommunikasiya qrupu "Bezeq"in maraqlarının lobbiçiliyini nəzərdə tutan "4000 nömrəli iş" üzrə rüşvət almaqdır. Bunun müqabilində məşhur "Walla!" xəbər portalında Netanyahu haqqında yalnız müsbət rəylər dərc edilməli, o isə öz növbəsində həmin internet resursunun sahibi olan şirkətin maraqlarını irəli çəkməli idi.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →