
İran "Doğru Vəd 4" əməliyyatı çərçivəsində İsrail ərazisinə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına qarşı 80-ci hücum dalğasını həyata keçirir.
XEBERTV.AZ xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir ki, sözügedən əməliyyat zamanı İsrail ordusunun Sfed şəhərindən şimalda yerləşən hərbi komandanlığı vurulub. SEPAH İsrailin ölkənin şimalındakı qüvvələrini, həmçinin Qəzza zolağı rayonundakı mövqelərini heç bir məhdudiyyət qoymadan intensiv raket və pilotsuz uçuş aparatı hücumlarına məruz qoyacağına söz verib.
Mətbuat xidməti əlavə edib ki, yeni hücum dalğası çərçivəsində Tehran maye və bərk yanacaqlı raket sistemləri, yüksək dəqiqlikli bombalar və döyüş puaları vasitəsilə Təl-Əviv, Kiryat-Şmona, Bney-Brakdakı hədəfləri, eləcə də bir neçə Amerika bazasını vurub.