• 19:28 – Üç ölkədən ABŞ-yə "güc nümayişi": Rusiya, Çin və İran donanması birləşdi 
  • 19:21 – Tramp Əliyev və Paşinyana təşəkkür etdi 
  • 19:11 – Bakının 8 rayonunda söküntü: Kompensasiya ödənildi 
  • 19:41 – Obama yadplanetlilərin Yerə gəlişi ehtimalından danışdı 

Polşa bəyan etdi: Sərhədi 48 saat ərzində minalamağa qadirik






Dünya

Polşa bəyan etdi: Sərhədi 48 saat ərzində minalamağa qadirik

Polşa Rusiya və Belarus ilə sərhədini 48 saat ərzində minalamağa hazır olduğunu açıqlayıb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk “Defence24.pl” portalına müsahibəsində bildirib.

“Bu gün Polşa piyada əleyhinə minaların qadağan edilməsini nəzərdə tutan Ottava Konvensiyasından çıxır. Təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyan mina layihəsini başa çatdırırıq. "Şərq Qalxanı" layihəsi bizə elə bir imkan verəcək ki, şərq sərhədini 48 saat ərzində minalaya bilək”, - deyə Tusk vurğulayıb.

Qeyd edək ki, yanvar ayında Polşanın milli müdafiə nazirinin müavini Çesari Tomçik ölkənin fevralın 20-də Ottava Konvensiyasından rəsmi şəkildə çıxacağını açıqlamışdı.

Polşadan əvvəl yanvar ayında Finlandiya da həmin konvensiyadan çıxdığını bəyan edib.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →