• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

Qazaxıstanda TƏYYARƏ QƏZASI - Ölənlər var




Qazaxıstanda TƏYYARƏ QƏZASI - Ölənlər var

BAKI-XEBERTV.AZ

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə Zakon.kz-a Nəqliyyatda Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində iki nəfər ölüb.

Qeyd edilib ki, UP-LA-229 özəl yüngül təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı Astana stansiyasının polis xətti idarəsi tərəfindən Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü bəndi üzrə ibtidai istintaqa başlanılıb.

"İki nəfər - pilot və sərnişin həlak olub. Qəzanın səbəbləri müəyyənləşdirilir. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır", - idarədən bildirilib.






Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →