• 10:01 – Putin müharibəni niyə dayandırmır? - Səbəb 
  • 13:40 – Hicaba nəzarətin azalmasından sonra İranda gecə həyatı.. 
  • 13:35 – Sabah leysan yağacaq 
  • 13:20 – Bakıda İtaliya Mətbəxi Həftəsinə Start Verildi 

Tramp təhdid etdi - Hindistan hansı reaksiyanı verəcək?



ABŞ

Tramp təhdid etdi - Hindistan hansı reaksiyanı verəcək?

ABŞ Prezidenti Donald Tramp Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracağını bildirib

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O, Rusiya neftinin idxalı və “yenidən satılması” ilə əlaqədar olaraq bu addımı atacağını bildirib.

"Hindistan nəinki böyük həcmdə Rusiya nefti alır, həm də aldığı neftin böyük hissəsini açıq bazarda əhəmiyyətli gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ABŞ-a ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracam", - Ağ Ev rəhbəri qeyd edib.

Bundan əvvəl Tramp ABŞ-ın Hindistana 25% rüsum tətbiq etdiyini bildirmişdi.

Qeyd edək ki, KİV-lər Hindistan hakimiyyətinin Donald Trampın təhdidlərindən sonra təşviş içində olduğunu yazır. Məlumata görə, onlar indiki halda Rusiya neftinin idxalına görə ABŞ ilə münasibətləri riskə atmağın düzgün olmadığını düşünürlər.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →