• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

Ukrayna yenə Rusiya aerodromlarını vurdu


Ukrayna yenə Rusiya aerodromlarını vurdu

İyunun 6-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.

Bundan başqa, Saratov vilayətində yanacaq-sürtkü yağları olan ən azı üç çən vurulub, zərbələrdən sonra obyektdə genişmiqyaslı yanğın baş verib:

“Hədəflərin olduğu ərazidə onlarla partlayış qeydə alınıb”.

Qeyd edək ki, iyunun 1-dəUkrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək toru” adlı irimiqyaslı əməliyyat keçirmişdi.


Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →