• 22:25 – Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır 
  • 22:20 – Cəlilabadda ana oğlunu öldürdü 
  • 22:17 – Bu energetik içkilərdə təhlükəli maddə tapıldı 
  • 22:15 – SEPAH yeni hücum elan etdi: “Xeybər”, “Qədr”, “Fərəh”lə... 

İsrailin müdafiə naziri “HƏMAS”ı hədələdi




İsrailin müdafiə naziri “HƏMAS”ı hədələdi

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal “HƏMAS” hərəkatı ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə onu məhv edəcəyi ilə hədələyib.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə İsrael Katz “X” sosial şəbəkəsində yazıb.

“HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək ya da məhv olmaq”, - İsrailin müdafiə naziri bildirib.

Nazir əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı ərazilərə havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum edir.

“Terrorçuları məhv etdikdən və ərazini təmizlədikdən sonra ordumuz istənilən təhlükəni aradan qaldıracaq. Bu yolla İsrail öz müharibə məqsədlərinə çatacaq, yəni bütün girovları azad etmək, eyni zamanda “HƏMAS”a təzyiq göstərərək məğlub etmək”, - deyə o vurğulayıb.









Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →