• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

Myanmada zəlzələ qurbanlarının sayı 8300-ə yaxınlaşdı


Myanmada zəlzələ qurbanlarının sayı 8300-ə yaxınlaşdı


Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8295 nəfərə çatıb.

Bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Myanma səlahiyyətliləri 214 nəfərin hələ də itkin düşdüyünü bildiriblər.

Xatırladaq ki, martın sonunda Myanmada maksimum 7,7 bal gücündə silsilə güclü zəlzələlər baş verib. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.

Myanmada baş verən zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət İrravadi çayı üzərindəki körpünün uçmasına və Mandalaydakı tarixi sarayın qismən dağılmasına səbəb olub. Myanma hakimiyyəti fövqəladə vəziyyət elan edib.

Banqkokda göydələnlər yellənməyə başlayıb və damdakı hovuzlardan su tökülüb. Həmçinin şəhərin rayonlarından birində tikintisi başa çatmamış hündürmərtəbəli bina uçub.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →