• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

ABŞ-ın Rusiya ilə bağlı xahişi Kiyevi şoka saldı



ABŞ-ın Rusiya ilə bağlı xahişi Kiyevi şoka saldı

Tramp administrasiyası Ukraynadan BMT Baş Assambleyasına təqdim etdiyi Rusiyanı pisləyən qətnamə layihəsini geri götürməsini xahiş edib.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə “Vaşinqton Post” ukraynalı rəsmi və üç avropalı diplomata istinadən məlumat yayıb.

Nəşrin Kiyevdəki mənbəsinin sözlərinə görə, Vaşinqton əvvəlcə Ukraynaya qətnamə layihəsinin mətnini “yumşaltmaq” üçün dəyişdirilməsini təklif edib, sonra isə Kiyevdən öz variantını geri götürməsini tələb edərək, öz layihəsini təqdim edib.

“Bu təklif Kiyevi şok etdi. Onlar sənədi geri götürməkdən imtina etdilər", - nəşr qeyd edib.

Qeyd edək ki, Vaşinqton Ukrayna və AB-nin müharibənin üçüncü ildönümü ilə bağlı qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edib. Əvəzində ABŞ özü Rusiyanı qınamayan, Ukraynanın işğal olunmuş ərazilərindən bəhs etməyən və Rusiyanın beynəlxalq hüququ pozması barədə heç nə deməyən qətnamə layihəsi hazırlayıb.

Hər iki qətnamə layihəsinə fevralın 24-də BMT Baş Assambleyasında baxılacaq.


Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →