• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Bu ölkədə gərgin vəziyyət: 3 gündə 200 adam öldü


 

Bu ölkədə gərgin vəziyyət: 3 gündə 200 adam öldü

Son üç gündə Sudanda hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) hücumları nəticəsində 200 nəfər ölüb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Sudan Fövqəladə Vəziyyət Komitəsi məlumat yayıb.

Bildirilib ki, RSF qüvvələri Sudanın Ağ Nil əyalətinin əl-Gitaina şəhəri ətrafındakı kəndlərə hücum edib. Qüvvələrin silahsız mülki vətəndaşları qətlə yetirdiyi, çox sayda insanı qaçırdığı və evləri qarət etdiyi bildirilir.

Son 3 gündə həyata keçirilən hücumlarda aralarında qadın və uşaqların da olduğu 200 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, 2023-cü il aprelin 15-dən bəri Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalarda minlərlə insan həlak olub.










Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →