"ABŞ bizə lazım olan dəstəyi vermir".
XEBERTV.AZ "TRT Haber"ə istinadla verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.\
O bildirib ki, təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür:
"Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Odur ki, Ukrayna ordusu güclü olmalıdır. Ukrayna heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq".
Zelenskinin sözlərinə görə, nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər:
"Rusiya bunu istəsə də, məqsədinə çatmadı. Kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub. Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır. Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır".