• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Londona uçan təyyarə Bakıya məcburi eniş etdi


Londona uçan təyyarə Bakıya məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honkonq-London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı hava limanı məlumat yayıb.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

"Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →