• 22:06 – Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olundu 
  • 21:42 – Xalq artisti Tünzalə Ağayeva kovboy tərzində - FOTOLAR 
  • 21:38 – Dohada İsrail əleyhinə bəyanat qəbul edildi: Zərbəyə cavab... 
  • 21:51 – AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya 

Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib



Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib


Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker donanmasının texniki vəziyyətinin təftiş edilməsini tapşırıb.

XEBERTV.AZ Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hökumət üzvləri ilə görüşündə deyib.

Bundan əlavə, Rusiya Prezidenti Qara dənizdə tankerlərdə texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə mövcud texniki, texnoloji və elmi potensialın təftişinin aparılması barədə göstəriş verib.

"Aydındır ki, bu iş mürəkkəbdir, bir sıra qurumun fəaliyyətinə təsir göstərir, ona görə də baş nazirin müavini vəzifəsindən bu işlə məşğul olmaq sizin üçün, belə demək mümkünsə, "əlverişli" olacaq. Ona görə də sizdən xahiş edirəm ki, bütün bunları təşkil edəsiniz, sonra isə onların hər biri haqqında mənə ayrıca məlumat verəsiniz", - Putin deyib./"report"

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →