• 23:27 – Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək 
  • 23:06 – Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir 
  • 22:58 – Qarabağ Universiteti ilk tələbələrini QARŞILADI 
  • 22:52 – Erməni postunda atışma: əsgər başından yaralandı 

Fransa sahillərində qayıq qəzasında 10 miqrant öldü



Fransa sahillərində qayıq qəzasında 10 miqrant öldü

La-Manş boğazından Böyük Britaniya istiqamətində üzən qayığın Fransa sahillərində qəzaya uğraması nəticəsində 10-a yaxın miqrant həlak olub.

XEBERTV.AZ   fransız mediasına istinadla xəbər verir ki, içərisində təxminən 70 nəfərin olduğu qayıq bu gün səhər saatlarında batıb. Fransanın şimalındakı Pa-de-Kale departamentinin Le Portel kommunasının hakimiyyət orqanları genişmiqyaslı xilasetmə əməliyyatı aparır. Sudan sağ çıxarılanların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Xilasedici helikopterlərin enə bilməsi üçün sahildəki çimərlik bağlanıb. Hadisə yerində polis, xilasedicilər və təcili yardım xidməti fəaliyyət göstərir. Fransanın daxili işlər nazirli Cerald Darmaninin də hadisə yerinə gələcəyi gözlənilir.

Yaralılar Bulon-sur-Mer şəhərindəki xəstəxanalara çatdırılır.



Axar.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →