• 22:14 – Bakıda Pre-COP29 konfransına yekun vuruldu 
  • 22:05 – Ölkədən pul axını kəskin artdı: Nəzarət gücləndirilir 
  • 22:01 – Müharibə başlasa, Peterburqu vuracağıq 
  • 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 

Tehranın Bakı və Ankara ilə probleminin səbəbi… - Hüseyni



Tehranın Bakı və Ankara ilə probleminin səbəbi… - Hüseyni


Azərbaycanın Tehranda səfirliyinin fəaliyyətini bərpa etməsi İranın Azərbaycanla ən azı minimum münasibətlər saxlamağa çalışdığına işarədir.

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri iranlı politoloq Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, İranla Azərbaycan arasında problemlər həll olunmayıb və bu problemlərin yaxın perspektivdə həlli gözlənilmir:

“Çünki onlar ciddi problemlərdir və onlardan ən qabarıq olanı İsrailin regionda və Azərbaycanda olmasıdır.

İranın Azərbaycan və Türkiyə ilə böyük probleminə səbəb olan məsələlərdən biri isə Zəngəzur dəhlizidir. İran buna müqavimət göstərməyə davam edəcək, bu məsələ İran üçün qırmızı xəttdir. İranla Azərbaycan arasında başqa məsələlər də var və bu məsələlər həll olunmayana qədər biz Azərbaycan-İran münasibətlərini müsbət qiymətləndirə bilmərik. İstənilən halda İran diplomatik kanallar vasitəsilə Azərbaycanı regionun sabitliyini pozan siyasətdən (? – red.) uzaqlaşdırmağa çalışır”.

Hüseyni İran-Ermənistan münasibətlərindən də danışıb, bunların “strateji” olduğunu xüsusi vurğulayıb. Buna baxmayaraq, “3-cü tərəflərin” bu strateji əlaqələrə ziyan vurmağa çalışdığını bildirərək, İrəvanı ehtiyatlı davranmağa çağırıb.



Axar.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →