• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

Qətər Qəzzada atəşkəsə dair danışıqlar aparır


 


Qəzza zolağında aparılan atəşkəs üzrə danışıqlar Ramazan ayının başlaması ilə intensivləşib.

Bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib.

“Danışıqlar cəhdləri davam edir və indi Ramazan ayında daha da güclənib”, - Qətər naziri deyib.

O, həmçinin Qəzza zolağına humanitar yardım üçün quru dəhlizlərinin heç bir məhdudiyyət olmadan açılmasının vacibliyini qeyd edib.

“Dəniz dəhlizi quru dəhlizlərini əvəz edə bilməz”, - Qətər xarici işlər naziri humanitar yardım daşıyan ilk gəminin çərşənbə axşamı səhər Kipr limanından Qəzza zolağına yola düşməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Mənbə: interfax

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →