• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq



Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq

Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb.

XEBERTV.AZ xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir.

Məlumata görə, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq.

Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakinin adının əks olunduğu "Xocalı şəhidləri" abidəsi qoyulub.

Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək.

Kult.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →