• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennet







Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennet

Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

   XEBERTV.AZ  xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennet X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu müharibəni bitirməyin ən sürətli yolu Qəzzaya yanacaq tədarükünü kəsməkdir", - deyə Bennet bildirib.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennet bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında “qidalandırır”:

“Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməsinin qarşısını almaq üçün İsraili dəstəkləməlidir”.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →