• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

ABŞ-ın Qəzza ilə bağlı planı: HƏMAS məğlub olandan sonra...



ABŞ-ın Qəzza ilə bağlı planı: HƏMAS məğlub olandan sonra...


ABŞ İsraillə müharibədə HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə “Politiko” nəşri iki amerikalı senatora istinadən məlumat yayıb.

"İki senator təsdiq edib ki, İsrail HƏMAS-ın kökünü kəsdikdən sonra Qəzzada çoxmillətli qüvvələrin yaradılması ilə bağlı danışıqlar aparılır. Bu, ABŞ və onun tərəfdaşlarının anklavda xarici qoşunların yerləşdirilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirdiklərinin ən bariz göstəricisidir", - nəşr vurğulayıb.

Qeyd olunur ki, indiki mərhələdə beynəlxalq qüvvələrin mümkün tərkibi ilə bağlı ilkin müzakirələr gedir, lakin onların tərkibində ABŞ hərbçilərinin olması ehtimalı azdır.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →