• 23:27 – Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək 
  • 23:06 – Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir 
  • 22:58 – Qarabağ Universiteti ilk tələbələrini QARŞILADI 
  • 22:52 – Erməni postunda atışma: əsgər başından yaralandı 

Bəşər Əsəd Suriyada bu məhkəmələri LƏĞV ETDİ



BAKI-XEBERTV.AZ

 

Suriya prezidenti Bəşər Əsəd 2012-ci ildən silahlı qarşıdurma zamanı fəaliyyət göstərən hərbi məhkəmələri ləğv edən fərman verib.

Bu barədə SANA agentliyi məlumat yayıb .

Sənədə əsasən, əvvəllər başlanmış bütün cinayət işləri hərbi prokurorluğun yurisdiksiyasına veriləcək. Qeyd olunur ki, məhkəmə istintaqı cinayət məcəlləsinin müddəalarına və hərbi ədalət prinsiplərinə uyğun aparılacaq.

"Al Modon" portalının məlumatına görə, Əsədin fərmanı Suriya hökumətinin ölkədə milli harmoniyanın möhkəmləndirilməsi istiqamətində atdığı addımlarla bağlıdır.

Əsəd avqust ayında Rusiya və İranın dəstəyinin ölkənin böhrandan çıxma qabiliyyətinə mühüm təsir göstərdiyini bildirib.


Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →