• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

Toz fırtınası İranda həyatı iflic etdi



Toz fırtınası İranda həyatı iflic etdi


İranın Xorasan-Rəzəvi, Gülüstan və Mazandaran əyalətlərində baş verən toz fırtınaları həyatı iflic edib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İranın Ətraf Mühit Təşkilatının başçısı Əli Səlaciqə toz fırtınalarının Türkmənistandan qaynaqlandığını iddia etsə də, ekoloqlar bunu təkzib edib.

Tanınmış ekoloq Məhəmməd Dərviş mediaya açıqlamasında toz fırtınalarının yalnız 15 faizinin Türkmənistandan qaynaqlandığını, 85 faizinin mənbəyinin İran olduğunu deyib.

“Türkmənsəhrada (Gülüstan əyaləti) bütün su qaynaqları və göllər quruduğu üçün bu ərazilər toz fırtınalarının əsas mənbəyinə çevrilib”,- Dərviş bildirib.

Ekologiya və ətraf mühit üzrə mütəxəssis Mənsur Söhrabi də quraqlıq və toz fırtınalarının hakimiyyətin yanlış siyasətləri nəticəsində meydana gəldiyini, bunun qonşu ölkələrə də zərər vurduğunu deyib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →