• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Misirdə ağır yol qəzaları baş verib

Misirin Nil deltası bölgəsindəki Şərqiyə vilayətində yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində azı 6 nəfərin öldüyü bildirilir. Ağır yol qəzasında yaralanan 13 nəfər isə xəstəxanaya çatdırılıb.

AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi yol qəzasında xəsarət alan sərnişinlərdən dördünün vəziyyətinin ağır olduğunu bildirib. Şərqiyə prokurorluğu insidentlə bağlı cinayət işi açıb.

Daha bir ağır yol qəzası Misirin Qahirə-Süveyş avtomagistralında baş verib. Bu insident nəticəsində 4 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →