• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

Türkiyədə sel fəlakəti: 15 nəfər həlak olub, 5 nəfər itkin düşüb

Türkiyənin cənub-şərqində baş verən sel nəticəsində Adıyaman və Şanlıurfa vilayətlərində ölənlərin sayı 15 nəfərə çatıb, beş nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, leysan yağışlar Adıyamanın Tut və Malatyanın Doğanşehir rayonlarında çayların məcrasından çıxmasına səbəb olub. Seldən ən çox zərər görən Şanlıurfada 13 nəfər, Adıyamanda isə iki nəfər həlak olub.

Təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar və bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.

Türkiyənin meteorologiya xidməti yaxın günlərdə ölkənin cənub-şərq regionu üçün narıncı təhlükə səviyyəsi elan edib. Adıyaman, Diyarbakır, Elazığ, Malatya, Kahramanmaraş, Mardin, Sivas, Şanlıurfa və Kilis vilayətlərində leysan yağışlar yağacağı, sel təhlükəsi yaranacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Türkiyənin Qara Dəniz regionunun şimalı güclü daşqınların təsirinə məruz qalmışdı. Nəticədə Kastamonu, Sinop, Bartın və Samsun vilayətlərində 82 nəfər həlak olmuşdu.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →