• 21:46 – Makron Ermənistanda meydan oxuyur: Rus bazasının önündə... 
  • 21:36 – Azərbaycanın “Avroviziya” 2026 təmsilçisi Vyanaya yola düşüb 
  • 19:06 – Bakıda Gökhan Türkmenin möhtəşəm konserti baş tutdu 
  • 19:02 – Eyyub Hüseynzadə dördüncü dəfə Özcan Denizi Bakıya gətirdi - VİDEO - FOTOLAR 

Finlandiya ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl NATO-ya daxil ola bilər

Finlandiyanın NATO-ya daxil olmasının yekun ratifikasiyası 2024-cü ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkilərindən əvvəl baş tutacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Finlandiya Prezidenti Sauli Niinistö cümə axşamı Bloomberg TV- yə müsahibəsində bildirib.

Xatırladaq ki, Finlandiya Prezidenti cümə axşamı Vaşinqtona səfər edib və Baş Qərargah rəisinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Jake Sullivan ilə görüşüb. Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden bu görüşdə qısa şəkildə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →