• 21:12 – Yerdən tapılan pul: Bu hal qanunla məsuliyyət yaradır 
  • 21:03 – Aprelin pensiyası bu tarixdə veriləcək 
  • 21:00 – San Marinonun Avroviziya 2026 təmsilçisi Bakıya gəlib 
  • 20:58 – ABŞ və İsrail Şirazda neft-kimya kompleksini vurdu 

Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yerdədir

Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir.

Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatların tərkib hissəsi olaraq minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →