• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Portuqaliyaya quş qripi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Portuqaliya Respublikasının bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Portuqaliyanın Santaren, Lissabon, Evora dairələrinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →