• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Şuşada şok qiymətə yeni il proqramı...

Şuşada şok qiymətə yeni il proqramı...


Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərlik paket üçün 2500-3500 manat sərf etməli olacaqlar. Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və sair aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq.

XEBERTV.AZ  xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məbləğ bazar iqtisadiyyatına uyğun qərarlaşdırılıb:

“Bu paket özəl şirkətlər tərəfindən hazırlanır. Vətəndaşlar 2500-3500 manatlıq qiymətlə razılaşmasalar, müəyyən endirimlər ola bilər. Bazar iqtisadiyyatında qiymətin yaxşısı-pisi yoxdur, alıcının olub-olmamasına fikir verilir.

Bu cür qiymətlərin təyin edilməsində həmin şirkətlərin menecerləri ortaq qərar verir və buna əsasən məbləğ müəyyən edilir. Burada dövlətdən icazə almağa da ehtiyac yoxdur. Ümumiyyətlə, dövlət bu kimi məsələlərə qarışmır”.

Ekspertin fikrincə, aylıq gəliri aşağı olan vətəndaşlar da bu kimi tədbirlərdə iştirak etmək yerinə, daha münasib alternativlərə müraciət edə bilər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →