• 20:20 – Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu 
  • 20:03 – Ərdoğanın Azərbaycana səfəri başa çatdı 
  • 19:58 – Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib. 
  • 19:52 – Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi 

Putin Mehriban Əliyevanı təbrik etdi




Putin Mehriban Əliyevanı təbrik etdi


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

XEBERTV.AZ xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, konstruktiv çoxplanlı əlaqələrin gələcək inkişafı da Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tam cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →