• 23:45 – Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi 
  • 23:36 – İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar 
  • 23:30 – 18 yaşlı qız su arxında can verdi: Epilepsiyadan əziyyət çəkirm 
  • 23:26 – Hindistanda ildırım vurması: 63 nəfər öldü... 

Zəlzələ Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub?





Zəlzələ Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub?

Yüngül hiss olunan zəlzələlər adətən mənzil bazarında qiymətlərə deyil, qısa müddətdə aktivliyə təsir edir. İnsanlar bir qədər gözləmə mövqeyinə keçir. Lakin qısa müddətdən sonra yaddan çıxır və yenidən bazara qayıdırlar.

XEBERTV.AZ  bildirir ki, bunu Trend-ə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, insanlar mənzil bazarına tələbatlarını ödəməlidir.

"Zəlzələdən sonra insanlar müəyyən qədər geri çəkilir, amma bir müddətdən sonra geri qayıdırlar. Yəni, zəlzələ aktivliyə təsir edir. Digər tərəfdən isə zəlzələ insanların seçiminə də təsirini göstərir. Belə ki, insanlar mənzil alarkən əvvəl diqqət etmirdisə, indi seçim edir, binanın keyfiyyətli tikilməsi, yerləşmə yeri və s. bu kimi məsələləri araşdırırlar", - deyə o, əlavə edib.

Azərbaycanda binaların keyfiyyətinə gəlincə isə N.İbrahimov bildirib ki, hələ sovetlər dönəmində Azərbaycanda binaların tikintisinə və qəbuluna yüksək tələb var idi.

"O vaxtlar standartlar çox sərt idi. Ənənələr keçmiş sovet respublikalarında qalıb. Mən Türkiyədə, Dubayda, Londonda və digər şəhərlərdə də binalara baxmışam. Bizim binalarımız heç də onların binalarından keyfiyyətsiz deyil", - deyə şirkət direktoru vurğulayıb.

Qeyd edək ki, ötən gecə Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →