• 23:29 – Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! 
  • 23:23 – Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili 
  • 23:18 – Leyla Rəhimova möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 21:40 – Ərdoğan Meloni ilə qlobal məsələləri müzakirə etdi 

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə!


Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə!

Sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddəti 30 gündən 60 günədək uzadılıb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə TƏBİB-dən Musavat.com-a verilən açıqlamada deyilir.

​"Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.

​Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılmış və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib", - deyə bildirilib.







Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →