• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Alman rok qrupunun konsertində zəlzələ qurbanları üçün 1 milyon avrodan çox vəsait toplanıb

Almaniyan rok qrupu “Die Toten Hosennun” Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təşkil etdiyi konsertdə 1 milyon avrodan çox vəsait toplanıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Düsseldorf şəhərində təşkil edilən konsertdən əvvəl satışa çıxarılan biletlər 1 saat ərzində satılıb qurtarıb.

Qrupun aparıcısı, müğənni Campino zəlzələ səbəbindən, yalnız təbii fəlakətdən zərər çəkənlərə yardım etmək üçün belə bir konsert təşkil etdiklərini bildirib: “10 min adamın izlədiyi konsertdən əldə olunan bütün gəlirlər zəlzələnin fəlakətini yaşayanlara bağışlanacaq”.

Qeyd edək ki, bu rok qrupu 1982-ci ildə Düsseldorf şəhərində yaradılıb və hazırda ölkənin ən uğurlu musiqi qruplarındandır. Qrupun fəaliyyəti canlı konsertlərə və ictimaiyyətlə yaxın ünsiyyətə yönəlib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →