• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Ukrayna Böyük Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayıb




 

Ukrayna Böyük Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayıb

Ukrayna Böyük Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayıb

Ukrayna və Böyük Britaniya Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başlayıb.

XEBERTV.AZ   “Report” -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “Rada” telekanalının efirində bildirib.

“Bu gün amerikalı həmkarlarımızdan sonra dostlarımız, Böyük Britaniyadan olan tərəfdaşlarımızla məsləhətləşmələrə başladıq. Bu zəmanətlər bizə müdafiə qabiliyyətimizi formalaşdırmağa kömək edəcək”, - o deyib.

Yermak Kiyevin təhlükəsizlik zəmanətləri üzrə ilk ikitərəfli razılaşmaların bu ilin sonuna qədər bağlanacağına ümid etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, NATO-nun Vilnüs sammiti çərçivəsində Yeddilik qrupunun qəbul etdiyi Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə artıq 13 ölkə qoşulub: Belçika, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Latviya, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Finlandiya, Çexiya və İsveç.

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində Yeddilik qrupu Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyannamə qəbul edib. Sənəddə Kiyevin xüsusilə hərbi potensialın artırılması vurğulanıb.

Bəyannamənin qəbulundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı səhv və potensial olaraq çox təhlükəli adlandırıb.

Qeyd edək ki, daha öncə Ukraynanın ABŞ ilə oxşar danışıqlara başladığı bildirilirdi.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →