
BAKI-XEBERTV.AZ
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir: Rok sevərlərə unudulmaz gecə!
Türkiyənin məşhur alternativ rok qrupu “Dedublüman” Bakıdakı pərəstişkarları ilə görüşəcək. Qrupun konserti Kupon Booking şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Sevilən musiqiçilər 26 dekabr tarixində Hayal Kahvesi Bakı səhnəsində çıxış edəcək.Alternativ rok janrında özünəməxsus melodiyaları, duyğusal sözləri və canlı performansları ilə seçilən “Dedublüman” son illər Türkiyə musiqi bazarında böyük kütləyə sahib olub. Qrup “Belki”, “Sen Bilmezsin”, “Sana Güvenmiyorum”, “Günah Benim Neydim?” kimi dinlənmə rekordları qıran hitləri ilə Azərbaycanda da böyük sevgi qazanıb.Qrup üzvlərinin canlı səhnə enerjisi, rok baladları, emosional vokal harmoniyası musiqisevərlərə həm romantik, həm də həyəcan dolu anlar yaşadacaq.Rok musiqisinin ən emosional səslərindən biri olan “Dedublüman”la musiqi dolu gecəni qaçırmayın!
Müəllif: İsmayıl Quliyev, Zeynəb Abbasova