• 21:05 – Füzuliyə dolu yağdı 
  • 19:57 – Prezidentin sosial şəbəkə hesabında səfərlə bağlı paylaşım... - Video 
  • 20:30 – Zelenski ABŞ ilə nadir torpaq metalları haqqında mühüm sənədi imzaladı 
  • 20:26 – Azərbaycanda bu lizinq şirkəti ləğv olunur 

Amerikanın məşhur pop-rock qrupu “OneRepublic”ilk dəfə Bakıda konsert verib !!!


OneRepublicin Bakıda keçirilən ilk konsertindən GÖRÜNTÜLƏR

BAKİ-XEBERTV.AZ


Amerikanın məşhur pop-rock qrupu “OneRepublic”ilk dəfə Bakıda konsert verib !!!



Möhtəşəm konsert Baku Crystal Hall- da baş tutub. Qrupun çıxışından əvvəl bu il Avrovizyada ölkəmizi təmsil edəcək Mamagama qrupu səhnə alıb. 
Grammy mükafatına namizəd olan və albomları satış üzrə rekordlar qıran OneRepublic qrupu sevənlərinə özəl anlar yaşatdı. Onlar konsertdən əvvəl paytaxtımızı gəzib,sosial şəbəkələrdə xoş təəssüratlarını paylaşıblar.
Qrupun solisti Rayan Tedder izləyiciləri ilə öz fikirlərini bölüşüb :
Biz bütün dünyadakı müğənnilərlə işləməyi sevirik. Hindistandan Fransaya, Cənubi Afrikaya qədər hamı. Biz DJ-ləri sevirik, rəqs musiqisini sevirik. Mən sadəcə musiqini sevirəm. Beləliklə, keçən il, iki il əvvəl David Guetta mənə zəng etdi və dedi ki, hey, birlikdə mahnı oxumalıyıq. Dedim, yaxşı, Beləliklə, biz keçən il bunu bitirdik. Gəlin bu gecəni həftəsonu edək.
O,konsertlə bağlı hisslərini də dilə gətirdi :
Bakıdakı olan atmosferə heyran qaldım. Sizinlə birlikdə mahnılarımızı ifa etmək möhtəşəm hisdir. Xüsusilə azərkeşlərin enerjisi bizi daha da motivasiya edi.
Konsert ərəfəsində qrupun solisti Rayan Tedder izləyicilərin əlindəki yazılı plakatları imzalayıb bu anı daha da unudulmaz etdi.
Onu da qeyd edək ki,qrupun solisti Rayan Tedder həm də Beyons, Adel, Teylor Svift kimi məşhur sənətçilərlə də çalışıb.

Yazar: Zeynəb Abbasova


Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →