• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Tibb Mərkəzinin işgüzar kollektivinə təşəkkür edirəm!






 BAKI-XEBERTV.AZ 

Tibb Mərkəzinin işgüzar kollektivinə təşəkkür edirəm!

Salam, hörmətli redaksiya, bu yaxınlarda Salyan rayonunun Yenikənd kənd sakini Arif Sahib oğlu Cəfərov ağır xəstəliklə əlaqədar Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirildi. Şöbə müdiri, ehtiyatda olan zabit Orxan Hacıyevin rəhbərliyi altında xəstəyə dəqiq diaqnoz qoyuldu və müalicə başlandı.Qısa müddətdə müalicə öz effektini verdi. Nəzərinizə çatdırıram ki, Arif bəyin oğlu hazırda Müdafiə Nazirliyinin ön xətdəki hərbi hissələrindən birində həqiqi hərbi xidmətdədir.

Xahiş edirəm, bizim səmimi təşəkkürümüzü Sabunçu Tibb Mərkəzinin direktoru xanım Nurəngiz Bəşirovaya, baş həkim, xanım İlahə Şükürovaya, Terapiya şöbəsinin müdiri Orxan Hacıyevə bu Mərkəzin işgüzar kollektivinə çatdırasınız.

Hörmətlə,

Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist.

Bakı şəhəri, 03.03.2025.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →