• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Moldova KİV-ləri: Azərbaycan Avropaya qaz ixracatını artırır

Moldova KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışına geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “Noi”, “DosarMedia” və digər xəbər portallarında rumın və rus dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın dünya iqtisadiyyatının və enerji sahəsinin inkişafına verdiyi töhfə barədə fikirlərinə diqqət çəkilib.

Məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla vurğulanır ki, bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycan Avropaya qaz ixracatını artırır. Bu il Azərbaycanın qaz ixracatı 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →