• 00:16 – Tokayevin Paşinyana jesti Kremlə hansı mesajı verdi? 
  • 00:09 – Pentaqon məşhur Çin şirkətlərini qara siyahıya saldı 
  • 00:04 – Vətənlə Birgə Əbədi Yaşayanlar 
  • 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 

Tokayevin Paşinyana jesti Kremlə hansı mesajı verdi?


Tokayevin Paşinyana jesti Kremlə hansı mesajı verdi?


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasını parlament seçkilərində qələbəsi münasibətilə ilk təbrik edən liderlərdən olub. Bu təbrik Tokayevin həm də Kremlə mesajıdır.

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlamasıyla hədələyirlər. Rusiya rəsmiləri bu hədəni səsləndirərkən, İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın rəyini nəzərə almırlar.

Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntular barədə müxtəlif iddialar irəli sürüblər. Tokayev isə bunların fonunda Paşinyanı təbrik etməklə yanaşı, ona Ermənistanın uzunmüddətli milli maraqları naminə işində uğurlar arzulayıb”, - politoloq vurğulayıb.

Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib. Bu isə Paşinyana hökuməti təkbaşına formalaşdırmaq imkanı verir.








Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →