• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Lukaşenko Zəngəzur dəhlizindən danışdı: Buna heç kim müqavimət göstərə bilməz!


Lukaşenko Zəngəzur dəhlizindən danışdı: Buna heç kim müqavimət göstərə bilməz!

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla söhbətində onu Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sazişlərin imzalanması münasibətilə təbrik edib.

XEBERTV.AZ   xəbər verir ki, bunu Belarus lideri jurnalistlərlə söhbətində açıqlayıb.

“Mən ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdim. Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz ”, - Lukaşenko bildirib.

O, sözlərinə belə davam edib: "Mən ki, Zəngəzur dəhlizinin nə olduğunu bilirəm. Bunu (Naxçıvanı) Azərbaycanla birləşdirmək həqiqətən lazım idi".

Belarus lideri Zəngəzur dəhlizinin İranın xoşuna gəlməməsi məsələsinə də münasibət bildirib:

"Çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. Bu, sülh müqaviləsidir, ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək".



Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →