• 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:51 – Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirildi 
  • 20:45 – Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram... 
  • 20:40 – Ruhun Bayraqla Yüksəlişi 

Bayramov Hakan Fidanı Bakıya dəvət etdi




Bayramov Hakan Fidanı Bakıya dəvət etdi

Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək.

 XEBERTV.AZ  xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

Nazir deyib ki, digər sahələrdə olduğu kimi, siyasət və diplomatiya sahəsində də Azərbaycanla Türkiyənin mövqeyi birdir:

“Bu, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu, beynəlxalq münasibətlərdə də belə davam edəcək. Hesab edirik ki, bu əlaqələr bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək”.

Ceyhun Bayramov sonda türkiyəli həmkarını Azərbaycana səfərə dəvət edib.


Axar.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →